Şəmkirdə yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

13:28 - 23 Avqust 2017 - Xəbər

Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yenikənd kəndinə gedən yolda “KamAZ” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan bir nəfər xəsarət alaraq, Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.Apa

Xəbər xətti