Göygöldə həyat yoldaşını və qaynanasını qətlə yetirən şəxs polisə təslim olub

12:09 - 18 Avqust 2017 - Xəbər

Göygöl rayonunda iki nəfəri bıçaqlayan şəxs polisə təslim olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib.
Sonra o, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.
Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.

Xəbər xətti