Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə yeni rəis təyin edilib

11:22 - 18 Avqust 2017 - Xəbər

Bir neçə ərazi vergi idarələrinin rəhbərliyində rotasiya qaydasında dəyişiklik olub. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsinin rəhbəri işləmiş Mahmudov Fuad Malik oğlu 5 saylı Şirvan Ərazi Vergilər İdarəsinə direktor təyin edilib. Bundan əvvəl bu vəzifəni tutan Fərəcov Ədalət Səlim oğlu isə 6 saylı Lənkəran Ərazi Vergilər İdarəsinə rəhbər təyin olunub

Xəbər xətti