Rejissor Kənan M.M İnstagram səhifəsində “Gecə qonağı -2” adlı filmindən yeni kadrlarını yayıb. Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, yeni kadrda görünür ki, baş rolda çəkilən aktrisa Pərvin Abıyeva avtomobili ilə azyaşlını vurur.
Həmin epizodun çəkilişi izləyicilərdə böyük marağa səbəb olub.
Kənan M.M iddia edib ki, bu cür çəkiliş Azərbaycanda yoxdur.
“Əgər belə çəkiliş haradasa görmüsünüzsə, o zaman mən bu ölkədən çıxıb gedim, siz də qəşəng gülməli kinolar izləyin. Həyatımın 9 ayını aldı”, - deyə rejissor bildirib.
Qeyd edək ki, "Gecə qonağı -2” filmində baş rolda Pərvin Abıyeva və Kənan M.M özü çəkilib.