Sabirabadda 3 otaqlı ev yanıb

16:25 - 10 Avqust 2017 - HADİSƏ

Sabirabadda səhər saatlarında yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Əsgərbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 25 m2 talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti