Lənkəran rayonunda 15 yaşlı yeniyetməni avtomobil vurub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Şirinsu kənd sakini, 2002-ci il təvəllüdlü Fuad Cəbrayıl oğlu Əlizadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı Lənkəran Diaqnostika Mərkəzində müayinədən keçirildikdən sonra mərkəzi xəstəxanaya aparılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir.
Faktla bağlı araşdırma aparılır.