Qəbələdə istirahət mərkəzində 22 yaşlı gənc özünü asıb
10:05 - 9 Avqust 2017 - HADİSƏ
Qəbələ şəhərində yerləşən istirahət mərkəzlərinin birində intihar hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, oradakı "Xanlar" istirahət mərkəzində işləyən Əmirvan kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Mahir oğlu Mahmudov istirahət mərkəzinin arxasında yerləşən yarımçıq tikilidə özünü asaraq intihar edib.
Faktla bağlı Qəbələ şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.