"Vaxt var idi, Damla məclislərə 20 manata gedirdi..."
Müğənni Mənsumə Məmmədovanın (Damla) beh alaraq toya getməməsi məsələsi ciddi müzakirə və qalmaqala səbəb olub. Məsələnin mətbuata çıxması hər iki tərəfi özündən çıxardıb. Sonradan məsələyə aydınlıq gətirmək məqsədi ilə öz İnstagram blogunda yazan Mənsumə yazılanların yalan olduğunu qeyd edib və jurnalistləri Allaha tapşırdığını bildirib.
Bu paylaşım isə qarşı tərəf olan tanınmış müğənni Manaf Ağayevi özündən çıxardıb. Məsələ barəsində BiG.Az-a danışan sənətçi bütün qaranlıq məqamlara aydınlıq gətirib: "Mən Damla ilə bağlı nə lazımdırsa hamısını demişəm amma dediklərimi olduğu kimi yazmayıblar. Şadlıq evində olub bu hadisə. 4 dənə müğənni də olub orda, şahiddirlər. Könül Kərimova olub, Təranə Qumralla Musa olub, Şəbnəm Əsədova olub, onlar oxuyub pulların alıb gediblər. İndi gələr, bu dəqiqə gələr deyə Damlanı saat 2-yə qədər gözləmişik amma gəlmiyib. 500 manat da beh almışdı. Gedib bir az artıq pula Şəmkirə toya, beh aldığı toya gəlmədi. İndi də mesaj yazıb ki, pulu hara göndərim? Mən də dedim ki, pulun zadın lazım deyil. Mən toy yiyəsində heç bir günah görmürəm. Mən onlara söz vermişdim ki, Damlanı gətirəcəm o da aldatdı, gəlmədi. Ona görə də mənə pul vermədilər. Behi mən vermişdim Damlaya, mənə dedilər ki, Damla gəlməyəcək, "atanşikdi", mən də dedim ki, o mənə qarşı belə edə bilməz. Mən başımla cavabdehəm ki, o gələcək. O da gəlmədi. Bəzi saytlar da yazıb ki, mənə 8 min pul verilməli imiş. Bu yalan söhbətdir. Mən 8 minə getmirəm toya. Bunun vergisi və digər məsələləri var axı, niyə yalan yazırlar. Mən məbləğ deməmişəm heç kimə.
Sonradan pul görənlər həmişə belə olur. 20 manat pul tapa bilmirdi, 20 manata oxuyurdu məclislərdə. Sonra gördü ki, bir az tələbat artdı, indi kim artıq versə ora gedəcək. Nə qədər toy danışsa da, məclis danışsa da kim artıq min manat versə ora gedəcək. Günah mənim özümdə olub ki, mən Damlaya "Otveçat" olmuşam. Ona görə də pulumu vermədilər".