Qırğızıstan Mərkəzi Seçki Komissiyası avqustun 1-də prezident seçkilərinə namizədlərin sənəd qəbulunu yekunlaşdırıb.59 nəfər prezidentliyə namizədliyini irəli sürüb.Namizədlərin 49 nəfəri fərdi, daha 10 namizədlik isə siyasi partiyalar tərəfindən irəli sürülüb.
Qeyd edək ki, ölkə prezidenti olmaq üçün 30 min səs toplanmalı, 1 milyon som ödənilməli və mütləq şəkildə dövlət dilindən imtahan verilməlidir.
Seçkilər oktyabrın 15-də keçiriləcək.trend