"Neçə vaxtdır hamı məndən qolumdakı izi soruşur. Düşünürəm ki, artıq açıqlamağa ehtiyac var. Bu, bir yaşımdan qalma ləkə yanıq ləkəsidir. Üstümə çay dağıtmışdım, üzüm, sinəm və qolum yanmışdı". Ucnoqta.az GoldNews.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva bu barədə İnsytagram hesabında açıqlama verərkən deyib.
“Qoluma sarğı bağladıqları üçün yanıq ləkəsi qalıb. Üzümə və sinəmə sarğı etmədikləri üçün izi qalmayıb. Məndə uşaqlıqdan çaya və istiyə olan sevgi var. Körpəliyimdən bu yana od məni çəkir. Hətta gözüm görə-görə tonqalın içinə girirdim. Yəni belə yanıq ləkələri balaca olsa da, məndə çoxdur”.