Daşkəsən rayonunda qardaş bacısını bıçaqlayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Vüsal adlı 19 yaşlı şəxs hələki bilinməyən səbəbdən öz bacısını bıçaqlayaraq ona xəsarət yetirib. Yaralı qohumları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, yaşadıqları yataqxanada bacısını bıçaqlayan şəxs ruhi xəstədir.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsindən araşdırmalara başlanılıb.