Bakıda yanan təcili yardım maşınında xəstə olub

11:40 - 17 İyul 2017 - Xəbər

Sabunçu rayonunda Təcili Tibbi Yardım maşını yanıb. Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, yanğın avtomobildə baş vermiş qısaqapanmadan yaranıb. Sürücü və ətrafdakılar avtomobili təmir etmək istərkən qəfil alışma baş verib, tez bir zamanda yanğın maşını bürüyüb. *** 00:33 12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşınında yanğın başlayan zaman maşının içərisində xəstə və həkimlər olublar. "Report"un xəbərinə görə, onlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar.

Xəbər xətti