Maştağada kütləvi dava olub, iki qardaş bıçaqlanıb

10:52 - 13 İyul 2017 - HADİSƏ

 Bakının Sabunçu rayonunda kütləvi dava baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə iki qardaş bıçaqlanıb.
Belə ki, 1991-ci il təvəlldüdlü Əhmədov Mahir Axşay oğlu və qardaşı 2000-ci il təvəllüdlü Əhmədov Elxan Axşay oğlu toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı E.Əhmədov iki, M.Əhmədov bir bıçaq xəsarəti alıb. Qarşı tərəfidən isə iki nəfər yüngül bədən xəsarətləri alıb.

Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti