Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şəhərində və Mirikənd kəndində qeydə alınıb. Mirikənd sakini, 2011-ci il təvəllüdlü Aynur Babayeva və Şamaxı şəhərinin Sabir küçəsindəki 41 saylı mənzildə yaşayan, 2014-cü il təvəllüdlü Toğrul Abbasov qida məhsullarından zəhərləndiyi üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində azyaşlıların həyatı xilas olunub.
Faktla bağlı araşdırma aparılır.