İran neft hasilatını artırmaq niyyətindədir

14:32 - 11 İyul 2017 - DÜNYA

İran 2021-ci ilədək neft hasilatını sutkada 5,7 milyon barrelədək artırmaq niyyətindədir. Bunu İstanbulda davam edən XXII Dünya Neft Konqresində İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniniyə deyib.
Onun sözlərinə görə, hazırda ölkədə neft hasilatı sutkada 3,9 milyon barrelə bərabərdir.
Bundan başqa İran qaz hasilatını da artırmağı planlaşdırır. Nazir müavini bildirib ki, 2021-ci ilin sonunadək qaz hasilatı 1,65 milyard kubmetrədək artırıla bilər.trend

Xəbər xətti