Bakıda evdən 37000 manat və 6000 manat dəyərində qızıl oğurlanıb. Ucnoqta.az DİN-nin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Balaxanı qəsəbəsindəki evlərdən birindən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Miroşkin tutulub.