Türkiyənin Bitlis rayonunun Hizan qəsəbəsində PKK terrorçularının yola basdırdıqları partlayıcı qurğu hərbi maşın keçən zaman məsafədən partladılıb. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, yerli vaxtla ötən gecə saat 01.00-da Hizran-Tatvan yolunda baş verən partlayış nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər yaralanıb.
Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün geniş miqyaslı anti-terror əməliyyatı başlayıb.