Hindistan ordusuna məxsus MiQ-23 hərbi təyyarəsi ölkənin şimal-qərbində, Racastan ştatında qəzaya uğrayıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, təyyarə Balessar yaşayış məntəqəsi üzərindən uçarkən qəzaya uğrayıb. Təyyarədəki hər iki pilotun uğurla katapulta olunduqları bildirilib. Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırmaya başlanılıb.