Tatarıstanda sərnişin avtobusu yanacaq daşıyan yük maşını ilə toqquşub: 13 ölü, 12 yaralı

08:56 - 2 İyul 2017 - Xəbər

Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 12 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə müvafiq qurumlardakı mənbə bildirib.  Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.  **** 05.22 Tatarıstanda salonunda 27 sərnişinin olduğu avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.  Hadisə yerində istintaq qrupu çalışır, hadisənin səbəbləri araşdırılır.  

Xəbər xətti