“CinemaPlus Ganjlik Mall”da Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı təşkil edilib

22:42 - 1 İyul 2017 - Xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib. 
Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə  Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi sohbət ediblər. 
 “CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər.
Uşaq evlərinin sakinləri 2017-cı ildə “Cinemazadeh” studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş “Spark. Bəşəri Qəhrəman”animasiya filmini “ CinemaPlus Ganjlik Mall”-da izləyiblər.

 

Xəbər xətti