Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Şağan qəsəbəsindəki evlərində nəzarətsiz qalan 2012-ci il təvəllüdlü Cəbiyev Murad İlqar oğlu eyvandan yerə yıxılıb. O, ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.