Rusiya Qərbə qarşı sanksiyaların müddətini 31 dekabr 2018-ci il tarixinə qədər uzadıb. Bu haqda rəsmi internet portalında dərc edilmiş Rusiya prezidentinin fərmanında deyilir.
Sənəddə qeyd edilir ki, bu qərar “Rusiya Federasiyasının milli maraqlarının müdafiəsi üçün” qəbul edilib. Fərman imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, iyunun 29-da Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb. publika.az