Rusiyanın paytaxtı Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb, bəziləri yubadılıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, Şeremetyevo hava limanında 19 reys yubadılıb. Domodedovo hava limanında 17 reys yubadılıb, 3 reys isə təxirə salınıb.
Qeyd edək ki, bu gün Moskvada güclü yağış yağması proqnozlaşdırılıb. Proqnozlara görə, bu, yağıntı son 50 il ərzində yağan ən güclü yağış olacaq.