Beyləqanda şəhid ailələri ilə birgə ictimai müzakirə keçirildi

11:30 - 30 İyun 2017 - Cəmiyyət

Beyləqan rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları və onların ailə üzvləri arasında “Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları arasında sosial rifah halının yaxşılaşdırılması üçün özünüməşğulluq imkanlarının araşdırılaraq öyrənilməsi” mövzusunda ictimai müzakirə keçirilib. “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimaiyi Birliyinin təşkil etdiyi tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi Baxşeyeş Şirinov, Məşğulluq Mərkəzinin nümayəndəsi Mansur Tağıyev, Sosial Araşdırmalar” İctimai Birliyinin sədri Rəşad Həsənov, “BGMSİ”İB-nin sədr müavini Arzu Rəhimov, Qarabağ müharibəsi əlilləri və veteranlarından Nüsrət Köçəriyev, Kamil Qasımov, Abdürrəhman Vəlizadə, Fəxrəddin Əliyev, Nazim Ərəbov, Müslüm Abbasov, Səbuhi Feyziyev və diğərləri iştirak edirdilər. 
Tədbirdə çıxış edən “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimaiyi Birliyinin sədri Məmmədhəsən Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilən layihə barədə iştirakçılara məlumat verib. 
Daha sonra layihənin eksperti Rəşad Həsənov tədbir iştirakçılarına özünüməşğulluq proqramı haqqında geniş məlumat verib.

Sonda Məşğulluq Mərkəzinin nümayəndəsi Mansur Tağıyev də öz çıxışında özünüməşğulluq imkanları barədə bəzi məlumatlar verərək, mərkəzdə yaradılan kurslardan yararlanmağı təklif etdi və onlara müraciət hər bir şəxsə əlindən gələn köməkliyi göstərməyə hazır olduğunu bildirdi. 
Eyni zamanda layihə çərçivəsində 26 iyun Azərbaycan Respublikası Milli Ordusunun yaradılmasının 99 illik münasibəti ilə Vətən torpaqlarının azad olunması uğrunda 2016-cı ilin aprel ayında gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş gizir Şahin Yaşar oğlu Cavadovun, onun məzun olduğu Beyləqan rayon, Fərman Hacıyev adına 2 saylı tam orta məktəbdə anım mərasimi keçirilib. Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi Baxşeyiş Şirinov, Beyləqan rayon SHXÇDX-nin Beyləqan rayon şöbəsinin nümayəndəsi Elçin Yaqubov, Beyləqan rayon, Fərman Hacıyev adına 2 saylı tam orta məktəbin direktoru Mətanət Məmmədova, məkəbin müəllim və şagird kollektivi, şəhid gizir Şahin Yaşar oğlu Cavadovun ailə üzvləri, qonaqlardan “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Alman Abbasov, “BGMSİ” İB-nin sədri Zaur Quliyev, Beyləqan rayon Qazilər Birliyinin sədri Nüsrət Köçəriyev, Beyləqan rayon yazıçılar birliyinin üzvləri və “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Vüqar Həsənov iştirak ediblər. 
Tədbirdən öncə Qarabağ qaziləri və rayon ictimayəti ilə şəhidlər xiyabanı, şəhid gizir Şahin Yaşar oğlu Cavadovun və bir il bundan öncə yol qəzası nəticəsində faciəvi şəkildə dünyasını dəyişən hüquq müdafiəçisi Nazir Quliyevin məzarını ziyarət ediblər.

Xəbər xətti