Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün son böyük tamaşası göstərilib. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.
Bir hissəli psixoloji dramda əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Elgün Yəhyayev, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandırıblar.
Bununla da teatr özünün 89-cu teatr mövsümünə yekun vurub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni premyeraları, layihə və tədbirləri ilə özünün 90-cı – yubiley mövsümündə də izləyicilərini sevindirməyə davam edəcək.