Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.
Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə "VAZ-2110" markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.
Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, "KİA" markalı avtomobilin sürücüsü M.İsmayılov və "VAZ-2110" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.