Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə Ucnoqta.az-a DGK-dan məlumat verilib.
Məlumata görə, Yoxlama zamanı avtomobilin ön oturacaqlarının altında düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand prime", 3 ədəd "Samsung Galaxy J3 ", 1 ədəd "Samsung Galaxy S7", 1 ədəd "Samsung X play", 1 ədəd "H9" markalı mobil telefonlar, müxtəlif adda telefonlara aid qutular, 17 ədəd qidalandırıcı başlıq, 17 ədəd USB kabel, 10 ədəd adapter aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.