Ən güclü ordular: Azərbaycan 59, Ermənistan isə…

12:19 - 29 İyun 2017 - Xəbər

“Global Firepower” analitik mərkəzi dünya ölkələrinin hərbi qüvvələrinin 2017-ci ilə olan reytinqini açıqlayıb. Reytinqə 132 ölkə daxil edilib.
Azərbaycan ordusu 59-cu yerdə qərarlaşıb. Gürcüstan ordusu 80, Ermənistan ordusu isə 95-ci yeri tutub.İlk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Fransa düşüb. Siyahıda qardaş Türkiyə ordusu 8-ci, İran isə 20-ci yerdə göstərilib.
Reytinq ölkənin havada, quruda və suda olan potensial imkanları nəzərə alınmaqla, 50 faktor əsasında tərtib olunub.Media24.az

Xəbər xətti