Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
14:59 - 28 İyun 2017 - DÜNYA
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.Trend-in məlumatına görə, yeni qərara əsasən sanksiyaların müddəti daha 6 ay - 2018-ci il yanvarın 31-dək uzadılıb.
Hazırkı sanksiya müddəti iyul ayının 31-dək uzadılmışdı.
Qeyd edək ki, Aİ 2014-cü ildə Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya iqtisadi sanksiyalar tətbiq etmişdi.