Zakir Həsənov NATO-nun tədbirində iştirak edəcək
11:43 - 28 İyun 2017 - Xəbər
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.