"Bakı Metropoliten"i məhkəməyə verilib
10:27 - 28 İyun 2017 - Xəbər
“Konnekt” MMC telekommunikasiya şirkəti “Bakı Metropoliteni” QSC-ni məhkəməyə verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət erdən MMC QSC-dən pul tutulması barədə tələb irəli sürüb.
Məhkəmə qətnamə çıxararaq iddianı rədd edib. Qərardan narazı qalan “Konnekt” MMC apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.