Türkiyənin Gölcük bölgəsində Cip markalı avtomobil sahil kənarındakı kafenin önündə oturan insanlara çırpılıb. Ucnoqta.az haberler.com saytına istinadən bildirir ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə zamanı sürücü ilə bərabər yaralanan 4 nəfər xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı araşdırma aparılır.
Namiq