Axşamdan qalan suyu içmək olarmı?

17:09 - 27 İyun 2017 - MARAQLI

Gecələr yatağınızın yanına qoyduğunuz suyu içərkən dadındaki fərqliliyi hiss etmisinizmi?

Ucnoqta.az-ın "Discovery News"a istinadən xəbərinə görə, suyun gecə boyunca PH dəyəri düşür və otaqdakı karbondioksidi az miqdarda olsa da içinə çəkir. Buna görə də səhər oyananda sözügedən suyu içdikdə ağzınızda xoş olmayan dad yaranır. Təbii ki, suyun dadındakı bu fərqliliyin bədəndə yaratdığı hər hansı bır fəsada rast gəlinməyib amma yenə də gecədən qalma su əvəzinə mətbəxdən bir stəkan yeni su doldurub içmək daha məntiqə uyğundur.

Namiq 

Xəbər xətti