Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fitr namazı zamanı huşunu itirdikdən sonra öz vəziyyəti barədə danışıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, hazırda hər şey qaydasındadır.
"Şəkərli diabet səbəbindən bir balaca təzyiqim qalxmışdı. İndi artıq hər şey yaxşıdır", - deyə o bildirib.