Bu gün saat 14:00-da Bakıda Formula-2 üzrə ikinci yarışa start verilib. Trend-in məlumatına görə, "Rapax" komandasının pilotu Conni Çekotto dünənki insidentdən sonra pit-leyndən start götürəcək. Qeyd edək ki, dünən Conni Çekottonun bolidi ilk yarışın əvvəlində dayanmışdı.
Xatırladaq ki, Formula-2 üzrə ilk yarışda qalib “Prema Racing” komandasının pilotu Şarl Lekler olub. Moneqask bu gün 8-ci yerdən strat götürəcək. 7-ci yerdən ötən gün 2-ci yer tutmuş Nik de Vris (Rapax) start götürəcək. Ötən gün 3-cü yerdə qərarlaşan Nikolas Latifi (Dams) isə 6-cı yerdən start götürəcək.
Yarış 20 dövrə və ya 45 dəqiqə davam edəcək.
Hazırda pilotların mübarizəsində birinci pillədə Leklerk qərarlaşıb (108 xal), 2-ci pillədə "Mans"-ın pilotu Oliver Rouland (80 xal), 3-cü pillədə isə"Russia Time"ın pilotu Artem Makelov (72 xal).