Abşeronda sexdə yanğın olub
09:40 - 25 İyun 2017 - HADİSƏ
Abşeronda yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan mərmər sexinin içərisində taxta arakəsmələrdən ibarət fəhlələrin soyunub-geyinmə otağı 6 m2 sahədə, 1 ədəd kondisioner və 5 p.m mətbəx mebeli yanıb.
Sexin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.
Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.