Formula 2: Şarl Lekler sıralama turunda ən yaxşı nəticə göstərib

17:23 - 23 İyun 2017 - İDMAN

Bakıda Formula 2 yarışının 7-8-ci mərhələlələrinin sıralama turu keçirilib.Ən yaxşı nəticəni “Prema Racing” komandasından Şarl Lekler göstərib - 1:52.129. Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü olub. 
Qeyd edək ki, iyunun 24-də keçiriləcək 29 dövrədən ibarət ilk yarış saat 12:00-a təyin olunub. Ertəsi reallaşacaq ikinci yarış isə 12 dövrəlidir və saat 14:00-da başlayacaq.report

Xəbər xətti