Vətəndaşların müraciətləri nəzərə alınaraq, 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Bakı Nəqliyyat Agentliyinin xüsusi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib. Nəticədə, hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib. Bakı Nəqliyyat Agenrtliyindən verilən məlumata görə, nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədi ilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar 24.06.2017 tarixindən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək. Bu marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Nemətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək.
11 nömrəli marşrut xətti üzrə:
• Bu marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Neymətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.
38 nömrəli marşrut xətti üzrə:
• Bu marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.
71 nömrəli marşrut xətti üzrə:
• Metronun “Azadlıq prospekti” stansiyasından “Baksol yolu” adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə Koroğlu metrostansiyasına hərəkət edəcək.