Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenicə kəndində baş verib.
Belə ki, 11 yaşlı Səid Məmmədov kənd ərazisindən keçən Şır-şır çayında çimərkən çayın dərin yerinə düşüb və köməksiz vəziyyətdə qalaraq boğulub.
Hazırda onun meytinin tapılması üçün axtarış aparılır.