Türkiyənin meqastarı Tarkan Bakıda çəkilən ilk fotosunu paylaşıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni 1 milyon 300 min izləyicisi olan instaqramda konsertinə məşq zamanı lentə alınan görüntüsünü yayımlayıb.
Sənətçi fotoya “Bakı, mən dünən gecə gəldim və ayağımın tozuyla özümü səhnədə tapdım. Məşqdən bir foto paylaşıram. Azərbaycanda olmaq və sizlər üçün çox darıxmışam. Konsert həyəcanı məni bürüyüb. Axşam görüşənədək” deyə şərh bildirib.
Qeyd edək ki, Tarkan bu gün Dənizkənarı Milli Parkda Formula 1 çərçivəsində konsert proqramı ilə çıxış edəcək.