Bakı şəhər halqasında öz rekordumu yeniləmək bu il çox çətin olacaq.Trend-in məlumatına görə, bunu mətbuat konfransında “Mercedes” komandasının pilotu Valtteri Bottas deyib.Onun sözlərinə görə, bolidlərin konfiqurasiyasındakı dəyişikliklər onları döngələrdə daha sürətli, düz yolda daha ləng edib.
Eyni zamanda V.Bottas bildirib ki, dairələri başa vurma böyük ehtimalla azalacaq.
Qeyd edək ki, ötən il Bakı şəhər halqasında Vallteri Bottas tərəfindən vurulmuş sürət rekordu 378 km/s. olub