Formula 1 Azərbaycan Qran Prisində iştirak edən Red Bull Racing komandasının pilotları Daniel Rikkardo və Maks Verstappen bu gün Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi klassik avtomobillərlə Bakıda yürüş edib, daha sonra Heydər Əliyev Mərkəzindəki klassik avtomobil sərgisində fanatları, media nümayəndələri ilə görüşüb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, pilotlar Mərkəzdəki klassik avtomobillərlə və fanatları ilə fotosessiya ediblər.