Dünən Moskvada Konfederasiya kuboku-2017 çempionatı çərçivəsində Rusiya və Portuqaliya futbol yığmaları üz-üzə gəlib.Axşam.az-ın rus mətbuatına istinadən məlumatına görə, oyunçular arasında ən çox diqqət mərkəzində Kriştiano Ronaldo olub. Komandalar ənənəvi olaraq meydançaya balacalarla çıxıblar. Həmin an Ronaldonun əlil arabasında olan qızla görünüb.
O, 10 yaşlı qıza köynəyini hədiyyə edib və onu öpüb.