NATO qırıcısı müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib

15:26 - 21 İyun 2017 - HADİSƏ

NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib. Ucnoqta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib. Kalininqrada gedən S.Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib. Bu vaxt NATO qırıcılardan biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib. Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib. Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb.

Xəbər xətti