Bu gün səhər “Bakı kart” 100-lərlə insanı piyada qoyub. Ucnoqta.az milli.az-a xəbər verir ki, “Şamaxinka” kimi tanınan ərazidən “20 yanvar” metro stansiyasına kimi dayanacaqlarda quraşdırılan “Bakı kart” terminalları işləməyib. Ərazidə adıçəkilən terminallarla yanaşı “Milli ön” ödəmə terminalları da var, ancaq onlardan da istifadə mümkünsüz olub. Sakinlər bildirirlər ki, bu problem artıq bir neçə gündür davam edir. Onların söylədiklərinə görə, terminallar səhər saatlarında, demək olar, işləmir, ancaq günün ikinci yarısından sonra işə salınır.