“Cənub-Qərb” nəqliyyat dəhlizinin iştirakçıları bu ilin sonunadək 200 min ton yük daşımağı planlaşdırır. Bunu Trend-ə “Azərbaycan dəmir yolları” QSC-nin rəhbəri Cavid Qurbanov deyib.
Qeyd edək ki, “Cənub-Qərb” dəhlizi Fars körfəzi – Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşturunu əhatə edir.