Biləsuvarda azyaşlı uşaq yanaraq öldü

13:54 - 17 İyun 2017 - HADİSƏ

Biləsuvarda baş verən yanğında azyaşlı dünyasını dəyişib. Ucnoqta.az İstiPress-ə istinadən xəbər verir ki, hadisə rayonun Molla Pənah Vaqif Küçəsində baş verib. Natiq Aslanova məxsus birmərtəbəli 3 otaqdan ibarət  fərdi yaşayış evi anidən yanmağa başlayıb. Hadisə zamanı ana və iki azyaşlı övladı evdə yatmış halda olub. Evin tüstüləndiyini hiss edən qadın 4 yaşlı körpəsini qucağına götürərək pəncərədən bayıra çıxa bilib. Lakin 7 yaşlı Ümid Aslanlı yanğından özünü itirərək çarpayının altına girib və çoxsaylı yanıq xəsarətləri alıb.

Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Ailə üzvləri yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Ümid Aslanlı dünyasını dəyişib. Yanğının nədən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti