Rusiyada axtarışda olan azərbaycanlı Bakıda tutulub
11:41 - 17 İyun 2017 - HADİSƏ
Rusiyada axtarışda olan Lənkəran sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki moda evlərindən birindən 2200 manat pul oğurlamaqda şübhəli bilinən, habelə Rusiya Federasiyası CM-nin 158-ci maddəsi (oğurluq) ilə axtarışda olan Lənkəran rayon sakini Hacıağa Əbilov tutulub.