Bakıda mənzildə 54 yaşlı kişi meyiti tapılıb

10:19 - 17 İyun 2017 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in saytında saytında verilmiş xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1963-cü il təvəllüdlü Məmmədov Rəfail Təvəkkül oğlunun cəsədini aşkar edib.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti