Bakıda Formula 1 trassının obyektlərinin inşası 99 faiz başa çatıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin obyektlərin tikintisi üzrə meneceri Tom Butçer deyib. O qeyd edib ki, hazırda tikinti və montaj işlərinin son mərhələsi gedir.